GruppoGMV-nin Azərbaycanda rəsmi və səlahiyyətli təlimçisi Samirə Mehdiyeva: "Qırışlara tibbin ən son nailiyyəti Plexr cihazı ilə son qoyuldu", Plexr cihazı ilə əməliyyatsız, narkozsuz, agrisiz, qansiz, tikişsiz blefaroplastika - gözətrafı qırışların aradan qaldırılması artıq dünyada ən cox tərcih edilən əməliyyat oldu, 01.06.2017 767

GruppoGMV-nin Azərbaycanda rəsmi və səlahiyyətli təlimçisi Samirə Mehdiyeva: "Qırışlara tibbin ən son nailiyyəti Plexr cihazı ilə son qoyuldu"

Plexr cihazı ilə əməliyyatsız, narkozsuz, agrisiz, qansiz, tikişsiz blefaroplastika - gözətrafı qırışların aradan qaldırılması artıq dünyada ən cox tərcih edilən əməliyyat oldu

-Plexr cihazı haqqında məlumat verərdiniz.

-Plexr, tibbi və estetik bir cihazdır. İtaliya istehsalı olan bu cihaz, iki qat patentle qorunur və bir çox təşkilatlar tərəfindən dəfələrlə "ilin ən innovativ cihazı" və bu kimi bir cox nominasiyalarla təltif olunmuşdur. Dünyanın 45 ölkəsində, 10000 həkim tərəfindən, tibbin bir çox sahələrində, dermatoloqlar, stomatoloqlar, genekoloqlar, cərrahlar və oftalmoloqlar tərəfindən böyük güvənlə istifadə edilir.

-Plazma enerjisinin üstünlükləri nədir?
-Plexr cihazı maddənin dördüncü halı olan, ionlaşdırılmış qaz - Plazma texnologiyasıyla, cild üzərində olan bir çox problemləri sublimasiya edərək aradan qaldırır. Son dövrün ən effektiv müalicə üsulu sayılan plazma, sağlam toxumaya qəti toxunmadan,  yalnız hədəf alınmış problemli  toxumanı buxarlanaraq, narkozsuz, tikişsiz, qansız ve çapıqsız aradan qaldırır.

-Hansı cild problemlərinin müalicəsində istifadə olunur?

- Əsas hədəf blefaroplastikadır, yəni göz çevrəsinin, alt və üst göz qapaqlarındakı qırışların, cərrahiyyə əməliyyatı keçirmədən narkozsuz, tikişsiz, qansız aradan qaldırır, bununla yanaşı ksantelazma, akne, postakne, xallar, papillomalar, dodaqda biopolimerdən sonra yaranan fibrozlar, keloidli çapıqlar, angioma, lentiqo və bu kimi bir çox dəri problemlərini tam olaraq aradan qaldırır.

-Hansı əks göstəriciləri var?    
-Əks göstəricilər müşahidə olunmamışdır. Yalnız şəkərli diabetdə və hamiləlik dönəmində məsləhət görülmür. Səbəb isə şəkərli diabetdə regenerasiyanın pis getməsi və hamiləlikdə isə pasientin həyəcan keçirməməsi, ağrı olmaması üçündür. Cihazın əks təsiri yoxdur.

-Seans sonrası müalicə və reabilitasiya dönəmi necə keçir?

-Reabilitasiya müddəti bir həftə olaraq ilk 3 günü ödəm (şişkinlik ), qalan 3-4 günü, toplam bir həftəyə yaralar sağalır.

-Plexr cihazı ilə blefaroplastika və cərrahiyyə əməliyyatının fərqləri nələrdir?
-Yüngül cərrahiyyə sayılan Plexr cihazıyla blefaroplastika, narkozsuz, tikişsiz, qansız, əsas olan məqamlardan biri də çapıqsız həyata keçirilir və tez bir zamanda pasientin rahatlıqla adi gün rejiminə  dönməsidir.

-Plexr ilə bleforaplastika öz təsirini nə qədər müddət saxlayır?
-3 ildən  5 ilədək. Dərinin təbii yaşlanma müddətiylə keçir.

-Hansı nayihələrdə istifadə olunur?
-Bədənin hər bir sahəsinə  rahatlıqla tətbiq olunur.

-Aparatın alıcılarına təlimlər keçirsiniz. İnsanları daha çox hansı suallar maraqlandırır? Yeni cihaz olduğundan onları ən çox nə narahat edir?

-İlk növbədə pasientləri maraqlandırır ki, reabilitasiya dönəmi necə keçəcək. Fəsadları varmı.Blefaroplastika gözətrafi prosedur olduğu üçün düşünürlər ki görəsən gözə nə kimi ziyanı ola bilər.Plazmanı tez-tez lazerlə səhv salırlar. Plexr cihazı bir sahəyə yararlı deyil. Çox sahədə istifadə olunur.

 

 

Əsmər Qabil

Foto: Kamran Enceladus