12 yaşlı skripka ifaçısı Cavidan Qənizadə: "Azərbaycanı Avroviziyada təmsil etmək istəyirəm", Qatıldığım müsabiqələrdən qalib kimi ayrılmışam, 29.06.2017 675

12 yaşlı skripka ifaçısı Cavidan Qənizadə: "Azərbaycanı Avroviziyada təmsil etmək istəyirəm"

Qatıldığım müsabiqələrdən qalib kimi ayrılmışam

-Cavidan neçə yaşın var? Skripkaya marağın necə yaranıb?

-12 yaşım var. Uşaqlıqdan Oktay Zülfiqarovun şagirdi olmuşam.Televiziyada Azərbaycanın əməkdar artisti və indiki müəllimim Səlim Abbasovu gördüm, onun ifalarını bəyəndim. Skripkaya marağım artdı.Və 35 nömrəli 11 illik musiqi məktəbində skripka ixtisası üzrə dərs almağa başladım. İxtisas müəllimim Natəvan Salayevadır. Mahnıları öyrədən Səlim Abbasovdur.

-Ailədə musiqiçi varmı?

-Ailədə musiqiçi olub. Babamın babası aşıq Mirzə Bilal olub.

-Qardaşların da sənin kimi musiqiçi olmaq istəyirmi?

-Qardaşlarım əkizdir. 8 yaşları var. İkisi də Uşaq Bənövşə Xorunun üzvüdür. Əli Qənizadə tar ifa edir, Rəhim Qənizadə isə hələ ki heçnə ifa etmir.

-İndiyədək ən böyük uğurun hansı oub?

-Avqust ayında “Mr & Mrs Stars of Baku@ layihəsində istedad nominasıyasında birinci yer tutmuşdum. Mayın 27-də Xalça muzeyində festival oldu orada finala keçdim. 28 mayda “Little Miss  Mister of Azerbaijan” festivalında da istedad nominasiyasında birinci yeri qazanmışdım.

-Uğurlarında ən çox kimin rolu var?

-Müəllimlərim və valideynlərimin.

-Səncə, sosial şəbəkələrdən aktiv istifadə etməyinlə insanlar səni daha çox tanıyırlar?

-Sosial şəbəkələrlə, televiziya verilişlərində iştirak etməyin fərqi var.Yəni televiziyada tədbirlərdə, konsertlərdə iştirak etməsəm məni hardan tanıya bilərlər ki, sosial şəbəkədə dostluq göndərələr.

- Əgər televiziyaya çıxmasaydın, həvəskar skripka ifaçısı olsaydın yutub vasitəsilə tanına bilərdin?

-Xeyr. Düşünürəm ki, elə alınmazdı. Biri var evdə müşayətsiz çalıb qoyasan, biri də var studiyada yazdırırsan, müşayətli olur. Onu qoyanda baxırlar, bəyənirlər.Və izləyicilər artır.

-Efirlərə tez-tez çıxırsan. Bundan sonra sinif yoldaşlarının sənə münasibətində hansı dəyişikliklər var?

-Bəli. Məktəbdə çoxlu dostlar qazanmışam. Dostlarımın sayı artır.

-Səncə, yaxşı skripka ifaçısı olmaq daha çox müəlimdən, yoxsa səndən asılıdır?

-Yaxşı skripka ifaçısı olmaq üçün gərək çox çalışasan. Məncə, müəllim də yaxşı olmalıdır. Həm uşağın özündən asılıdır, həm də müəllimin yaxşı dərs keçməyindən. Ən çox uşaq çalışqan olmalıdır.

-Başqa musiqi alətində ifa edə bilirsənmi?

-Bəli, çox gözəl piano ifa edə bilirəm. Qardaşım Əli Qənizadə tara gedir. Onun tarıyla da hərdən ifa edirəm. Özümü yoxlayıram.

-Ən çox hansı musiqiləri ifa etməyi xoşlayırsan?

-Azərbaycan və türk musiqilərini. Azərbaycan musiqiləri vətənimizin musiqiləridir. Çox sevirəm. Türk musiqilərində də bəyəndiyim mahnılar olur. Təbii ki, Avropa musiqiləri də xoşuma gəlir. Daha çox Azərbaycan və türk musiqilərini ifa edirəm.

-Cavidan, gələcəklə bağlı planların nədir?

-Gələcəkdə müəllimin Səlim Abbasov kimi peşəkar musiqiçi olmaq istəyirəm. Özüm Uşaq Bənövşə Xorunun fəal üzvlərindənəm. Orada xorla, solo oxumağı öyrənirəm. Uşaq Bənövşə xorunda Zülfiyyə müəlliməyə təşəkkür edirəm ki, bizə oxumağı öyrədir. Mən də Səlim Abbasov kimi həm oxumaq, həm də skripka ifa etmək istəyirəm. Və Azərbaycanı Avroviziyada təmsil edib, bayrağımızı yüksəklərə qaldırmaq istəyirəm.

-Ali təhsilini hansı sahə üzrə və harada amaq istəyirsən?

- Azərbaycan Milli Konservatoriyasında skripka üzrə təhsil almaq istəyirəm.

-Gündə neçə saat skripka ilə məşğul olursan? Bu, sənin məktəb dərslərinə mane olurmu?

-Gündə 2 saat məşğul oluram. Əslində daha çox ifa etmək lazımdır. Hələ ki, məktəb dərslərimə görə 2 saat məşğul oluram.

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli