Haqqımızda


interview.az Azərbaycan mediasında ilk müsahibə saytı kimi tarixə düşüb. Digər saytlardan fərqli olaraq saytımızın əsas məqsədi ictimaiyyət üçün maraq kəsb edən şəxslərin insanlara faydalı və maraqlı məlumatlar verməsi üçün onlara geniş meydan verməkdir. İlk dəfə olaraq Azərbaycanda interview.az saytında müsahibələrin hamısı üç komponent - müsahibə mətni, fotosessiya və video cavabdan ibarət olaraq verilir. Bu yenilik müsahibələri oxucuya daha maraqlı şəkildə çatdırır və adətən vizual vasitələrlə dəstəklənmiş müsahibələr oxucunun yaddaşında daha çox qalır.

interview.az-ın əsas məqsədlərindən biri də yeni işə, elmi fəaliyyətə, müxtəlif sahələrdə yeniliyə baş vuran şəxsləri ictimaiyyətə tanıtmaq və nəticədə cəmiyyətin inkişafına dəstək olmaqdır.

Bir neçə insanın ideyalarında doğan interview.az bir-birindən maraqlı müsahibələr, rubrikalar, fotorepotajlarla hər kəsin faydalana biləcəyi sayt olmağı hədəfləyir.

Saytın daim təkmilləşdirilməsi və insanların axtardıqlarını interview.az-da tapması, oxucularımızın fikirləri, təklifləri bizim üçün böyük önəm daşıyır.